Azərbaycan gəncliyi 2017 – 2021 – ci illərdə “Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017 – ci il tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017 – 2021 – ci illərdə “Dövlət Proqramı”nın icrası ilə bağlı 2018 – ci ilin ikinci yarımili və 2019 – cu ilin birinci yarım ili ərzində məktəbdə bir sıra işlər görülmüşdür.
Məktəbin kitabxanasında tərbiyə işləri üzrə direktor müavini, kitabxanaçı və ədəbiyyat fənn müəllimi Ofelya Mirzəmmədovanın təşkilatçılığı ilə Azərbaycanın məşhur şəxsiyyətlərinə, xalqımızın qəhrəmanlıq tarixinə həsr olunmuş bədii əsərlərin oxusu və müzakirəsinin təşkili həyata keçirildi.
Bundan başqa məktəbin coğrafiya fənn müəllimi Xədicə Əkbərovanın rəhbərliyi ilə VIII – XI sinif şagirdlərinin iştirakı ilə konfrans zalında “Gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri” mövzusunda dəyirmi masa təşkil olundu. Dəyirmi masada təlim – tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini və coğrafiya müəllimləri iştirak etdilər. Şagirdlər ətraf mühitin qorunması və ekoloji tendensiyaların sağlamlığa təsiri barədə hazırladıqları təqdimatları yoldaşları ilə bölüşdülər.
Dövlət Proqramının icrası ilə əlaqədar məktəbin həkimi mütəmadi olaraq şagirdlərlə görüşür. Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırmasına dair biliklərinin artırılması və davranışının təkmilləşdirilməsi mövzusunda həkim, tərbiyə işləri üzrə direktor müavininin iştirakı ilə marifləndirici dərslər keçirildi.
Məktəbin psixoloqunun rəhbərliyi ilə “Gənclərin psixi sağlamlıqla bağlı biliklərinin və davranışlarının təkmilləşdirilməsi” mövzusunda məktəbin konfrans zalında VIII sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.