Qələbə günü

Bu gün faşizm üzərində qələbədən 74 il ötür. Bəşəriyyətin ən ağır və dəhşətli səhifələrindən olan İkinci Dünya Müharibəsində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq göstərmişlər. İkinci Dünya Müharibəsində Azərbaycan neftinin əvəzolunmaz rolu olub.
9 may faşizm üzərində "Qələbə günü" münasibəti ilə məktəbin ibtidai sinif müəllimi Mehriban Ağayevanın təşkilatçılığı ilə 3"B" sinfində təşkilat saatı keçirildi. Müəllim şagirdlərə bu günün tarixi barədə geniş məlumat verdi. Şagirdlər vətən mövzusunda hazırladıqları şeir və musiqiləri təqdim edildilər. Dərs şagirdlərin ifasında səsləndirilən musiqi ilə yekunlaşdı.