Azərbaycanın dilbər guşəsi
Mayın 8 - də Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Şuşa şəhərinin işğalının 27 - ci ildönümü münasibəti ilə məktəbin konfrans zalında tarix müəllimi Aynur Rəhimovanın təşkilatçılığı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada tərbiyə işləri üzrə direktor müavini, UBR, tarix və ədəbiyyat fənn müəllimləri və VII - VIII sinif şagirdləri iştirak etdilər. Tədbir vətən uğrunda canlarından keçmiş vətəndaşlarımızın ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca tarix müəllimi Aynur Rəhimova bu günün tarixi və Şuşa şəhərinin tarixi abidələri, gözəllikləri barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Sonra şagirdlər bu tarixi gün haqqında bildiklərini dinləyicilərlə bölüşdülər. Tədbirin sonunda şagirdlər vətən uğrunda canlarını qurban vermiş şəhid Kamil Əyyubovun məktəbin həyətində ucaldılmış abidəsi önünə və aprel döyüşlərində şəhid olmuş Natiq Tahirlinin xatirəsinə yaradılmış guşənin qarşısına tər qərənfillər düzdülər.