Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi
“Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi”nin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir. “Öyrənək-əylənək və həll edək” şüarı ilə keçirilən bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 2-10-cu sinif şagirdlərini əhatə edir.
21 aprel 2019 – cu il tarixdə keçirilən "Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi”ndə məktəbin 4”Ç” sinif şagirdi İsmayılova Nərmin Xaqani qızı Respublika üzrə 28 - ci, Nizami rayonu üzrə 3 – cü və məktəb üzrə 1 – ci yerə layiq görülmüşdür.