Şuşanın işğalından 27 il ötür
Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 27 il ötür. Azərbaycanın böyük mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərində erməni qəsbkarları tərəfindən böyük vəhşiliklər törədilmiş və şəhərin maddi və mədəniyyət nümunələri, tarixi abidələri erməni hərbi birləşmələri tərəfindən dağıdılmışdır.
Mayın 8 – də Şuşa şəhərinin işğal günü ilə əlaqədar olaraq məktəbdə bu günün dəhşətlərini şagirdlərə çatdırmaq məqsədilə dəyirmi masa və təşkilat saatları keçirildi. Məktəbin 1”Ç” sinfində ibtidai sinif müəllimi Esmiralda Qarayevanın təşkilatçılığı ilə təşkilat saatı keçirildi. Dərsdə şagirdlər bu günün tarixi barədə öyrəndiklərini şagird yoldaşları ilə bölüşdülər. Şuşanın tarixi mədəniyyət nümunələrinin əks olunduğu slayd şagirdlərə bu şəhərin gözəlliklərini bir daha əyani olaraq sübut etdi. Sonda hər bir şagird hazırladığı təqdimat ilə çıxış etdi.
Bundan başqa 1”A” sinfində də məktəbin ibtidai sinif müəllimi Mehriban Hüseynovanın təşkilatçılıqı ilə Şuşanın işğalı günü ilə əlaqədar dərs keçirildi. Dərsdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.