Pedaqoji Şura

      Mayın 6 - da Pedaqoji şuranın fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura keçirildi. Pedaqoji Şurada məktəb rəhbərliyi tərəfindən gündəlikdə olan məsələlər müzakirə edildi. Buraxılış imtahanlarında məktəbin IX sinif şagirdlərinin göstərdikləri nəticələr müəllimlərin nəzərinə çatdırıldı. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müzakirələr edildi. Bundan başqa son günlərdə IX siniflər üçün Dövlət İmtahan Mərkəzinin proqramına uyğun olaraq hazırlanmış məktəbdə həyata keçirilən monitorinqin nəticələri ve eyni zamanda testlərin şəffaf şəkildə yeni proqram vasitəsilə qısa bir müddət ərzində yoxlanılması kimi vacib məqamlar rəhbərlik tərəfindən müəllimlərin nəzərinə çatdırıldı. Məktəb psixoloqu məktəbdə təhsil mühitinin normal olduğunu, şagird müəllim, valideyn məktəb münasibətlərinin qənaətbəxş olduğunu qeyd etdi. Pedaqoji şura müəllimlərin çətinlik çəkdiyi məqamlarla bağlı müzakirələrlə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi