Nə? Harada? Nə zaman? intellektual oyunu

    "Məktəblinin dostu” layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin 96 illik yubileyi münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə məktəblilər arasında çempionat keçirilib.İntellektual oyunun keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, zehni inkişafını gücləndirmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

      “Pullman Baku” otelində keçirilən çempionatda məktəbin IX, X sinif şagirdlərindən ibarət komandada 5 komanda üzvü və 1 kapitan olmaqla 6 nəfər istirak edib. İki hissədən ibarət yarışda komandalara hər hissədə 12 sual verilib.

       Nəticələrə əsasən, 12 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülüb. Sonda qaliblərə diplom, medal, kubok və hədiyyələr təqdim olunub. Məktəbin komandasını ugurlu nəticə göstərdiyinə görə təbrik edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi