Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadası

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişaf etdirmək, məntiqi təfəkkürü ilə digərlərindən fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir. Artıq bir necə ildir ki, ənənə halını alan məntiq yarışında məktəbin şagirdləri böyük həvəslə iştirak edir.

     Mayın 4-də məktəbin konfrans zalında Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçirildi. 70 nəfər V - VI sinif şagirdinin iştirak etdiyi məntiq yarışında şagirdlər təqdim olunmuş 25 sualı 90 dəqiqə ərzində cablandırdılar. Məktəbdaxili mərhələdə uğur əldə edən şagirdlər final mərhələsində iştirak hüququ əldə edəcəklər.

      Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi