Təhsildə keyfiyyətin yüksəldilməsi istiqamətində görülən işlər

        Təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq məqsədi ilə məktəbdə mütəmadi olaraq monitorinqlər təşkil edilir. Təhsilin keyfiyyətinə nəzarət birbaşa şagird nailiyyətlərinin yüksəldilməsinə yönəldilmişdir. Şagirdlər arasında keçirilən monitorinqlərin nəticələri əsasında fəaliyyətin hazırkı vəziiyəti müəyyən edilir.

     Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarının qəbul proqramına uyğun olaraq mayın 1 - də məktəbin konfrans zalında IX siniflərin Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənləri üzrə buraxılış intahanlarına hazırlıq vəziyyətinin monitorinqi keçirildi. İmtahanın obyektiv keçirilməsini təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən gücləndirilmiş nəzarət altında baş tutan imtahanda şagirdlər 90 dəqiqə ərzində hər fənn üzrə təqdim olunmuş sualları cavablandırdılar. İmtahan yekunlaşdıqdan sonra iki saat müddətində imtahanın nəticələri yeni proqram əsasında hesablandı və nəticələr şagirdlərin nəzərinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi