Açıq dərs

    Məktəbdə dərslərin dinlənilməsi və müşahidəsi məqsədilə mütəmadi olaraq rəhbərlik və fənn müəllimlərinin iştirakı ilə “Açıq dərs”lər təşkil edilir. Açıq dərslər müəllim və şagirdlərin əvvəlcədən hazırladığı mövzular əsasında həyata keçirilir. Belə dərslərin keçirilməsi şagirdlərin sərbəst işləmək və düşünmək qabiliyyətinin formalaşmasına da öz müsbət təsirini göstərir.

   Məktəbin 9”Ç” sinfində riyaziyyat müəllimi Mətanət Səmədovanın təşkilatçılığı ilə “Açıq dərs” keçirildi. Dərsdə məktəbin direktoru Rahim Novruzov, təlim – tərbiyə işləri üzrə direktor müavini, riyaziyyat fənni üzrə metodbirləşmə sədri və riyaziyyat müəllimləri iştirak etdilər. Şagirdlər qabaqcadan hazırladıqları təqdimatları ilə çıxış etdilər. Bundan başqa müəllim şagirdlərə mövzu ilə əlaqədar  fərdi tapşırıqlar və suallar da ünvanladı. Dərsin gedişində mövzunu hərtərəfli əhatə edən slayd təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi