Şagirdlər qrup işində
Aprelin 22 - də məktəbin ibtidai sinif müəllimi Məlahət Kərimovanın sinif rəhbəri olduğu 1"B" sinfində şagirdlər Azərbaycan dili fənnindən "Qaragözün macərası" mətnini qruplarla işlədilər. Hər bir qrup müxtəlif mövzular ətrafında öz fikirlərini bildirdi. Şagirdlər qrup işində, fərdi sualların cavablandırılmasında və öz fikirlərini sərbəst ifadə etməkdə çox fəallıq göstərdilər.
Şagirdlərin fəallığı onların bu mətni yaxşı mənimsədiklərini bir daha əyani sübut etdi. Bu mətn şagirdlərdə bir sıra insani keyfiyyətləri (doğruçuluq, düzlük və etiraf) aşıladı. Dərsin sonunda şagirdlər öz təqdimatları ilə çıxış etdilər və dərsdə fəal iştiraklarına görə qiymətləndirildilər.