Gəlin birgə oxuyaq!

        21 aprel 2019 - cu il tarixdə Heydər Əliyev Mərkəzinin parkında Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə "Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü” tədbirində paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdləri təqdimatlarla çıxış etdilər. Tədbirin keçirilməsində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın daha da artırılmasıdır.

      "Oxu günü" tədbirində hər il olduğu kimi bu il də məktəbin şagirdləri öz səhnəcikləri ilə iştirak etdilər. Mütaliəyə marağın artırılmasına yönəldilmiş tədbirdə məktəbin şagirdləri görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin yaradıcılığında mühüm yer tutan tarixi əsərlərindən biri olan «Xurşidbanu Natəvan» pyesini qonaqlara və tədbir iştirakçılarına təqdim etdilər. Əsərin mövzusu axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülmüşdür. Məktəbin V sinif şagirdlərinin iştirakı ilə əsərin baş qəhrəmanı Natəvanın Qafqaz canişini ilə görüşü səhnəsi səhnələsdirildi. Şagirdlərin iştirakı və səhnə tərtibatı dinləyicilər tərəfindən xüsusi rəğbətlə qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi