Beynəlxalq Abidələr Günü

        18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur, hər il aprelin 18 - də əhalinin tarixi abidələrə, qoruqlara ekskursiyası baş tutur. 
      Bu gün münasibəti ilə məktəbin tarix metodbirləşmə sədri Şövqiyyə Əliyevanın rəhbərliyi ilə məktəbin 9"C" və 9"Ç" siniflərinin və müəllimlərin Atəşgah məbədinə ekskursiyası baş tutdu. Şagirdlər ekskursiya zamanı yol boyu Azərbaycanın tarixi abidələri barədə maraqlı söhbətlər etdilər. "Atəşgah məbədi"nin bələdçisi məbədin tarixi haqqında şagirdlərə geniş məlumat verdi və şagirdlərin suallarını cavablandırdı. Sonda müəllimlər və şagirdlər xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi