İngilis dili aylığı

        "İngilis dili aylığı" çərçivəsində məktəbdə "Açıq dərs"lərin keçirilməsi davam edir. Aprelin 16 - da məktəbin 5"Ç" sinfində ingilis dili metodbirləşmə sədri Şəkər İbrahimova və ingilis dili müəllimi Qətibə Cərullayevanın təşkilatçılığı ilə açıq dərs keçirildi. Dərsdə ingilis dili müəllimləri, məktəbdə təcrübə keçən tələbələr və onların metodistləri iştirak etdilər. "Açıq dərs"in keçirilməsində məqsəd təlim prosesində müasir metodlardan istifadə, şagirdlərin sərbəst mühakimə yürütmək, müəyyən hadisə və proseslərə öz münasibətini bildirmək bacarıqlarının inkişaf etdirilməsidir. Elə bu məqsədlə məktəbin bütün siniflərində mütəmadi olaraq açıq dərslər təşkil edilir. 
    "Animals" (heyvanlar) və "Transportation" (nəqliyyat) mövzularında keçirilmiş dərsdə şagirdlər sevdikləri heyvanlar haqqında hazırladıqları təqdimatları  və yol hərəkət qaydaları, nəqliyyat vasitələri barədə bildiklərini yoldaşları ilə bölüşdülər və həmin heyvanların obrazlarını canlandırdılar. Dərsin gedişində şagirdlərə fərdi şəkildə tapşırıqlar verildi, müxtəlif oyunlar keçirildi, şagirdlər öz aralarında bir - birlərini sorğu - sual etdilər. Sonda "Açıq dərs"in mövzusunu tam əhatəli şəkildə özündə əks etdirən slayd nümayiş etdirildi. Dərs şagirdlərin ifasında səslənən musiqi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi