Tədrisdə yeni metodlardan istifadə

        Gənc nəslin mükəmməl təhsil almasında məktəbin və ən əsas da müəllimlərin çox böyük rolu var. Respublikamızda həyata keçirilən təhsil islahatları, təhsilin bütün sahələrinə göstərilən dövlət qayğısı və tədrisdə yeni metodlardan istifadə sayəsində şagirdlərin müstəqil düşünmə qabilliyyəti inkişaf edir və bu da şagirdlərin təhsilə marağının artmasına gətirib çıxarır. 
      2018 - 2019 - cu tədris ilindən məktəbin birinci siniflərində dərslər Təhsil Nazirliyinin Tədris Resursları Mərkəzinin sınaq mərhələsində olan dərslikləri ilə keçirlir. Yeni metodlardan istifadə müəllim - şagird münasibətlərinin düzgün qurulmasını və şagirdlərdə elmin bütün sahələrinə maraq yaranmasını təmin edir. Məktəbin 1"B" sinfində dərslər yeni dərsliklərlə keçirilməsinə baxmayaraq bu dərsliklər qısa bir müddət ərzində özünü doğrultmuşdur. Bu dərsliklərdən istifadə nəticəsində şagirdlərin sərbəst düsünüb qərarlar qəbul etməsi prosesi daha da sürətlənmişdir. 
      Şagirdlərdə vətənə, torpağa sevgini aşılamaq məqsədilə məktəbin ibtidai sinif müəllimi Məlahət Kərimovanın rəhbərliyi ilə 1"B" sinfində maraqlı bir layihə həyata keçirildi. Dərsdə şagirdlər vətənin keşiyində duran əsgərlərimizə arzularını, vətəni necə sevdiklərini və gələcəkdə əsgər olub vətənin keşiyində duracaqlarını öz məktubları vasitəsi ilə çatdırdılar. Sonda isə şagirdlər yazdıqları məktubları poçt qutularına atdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi