"Çağırır vətən" mövzusunda marifləndirici dərs

        Məktəbin I siniflərində Tədris Resursları Mərkəzinin sınaq mərhələsində olan yeni dərslikləri ilə dərslər uğurla davam edir. 1"a" sinfində ibtidai sinif müəllimi Mehriban Hüseynovanın rəhbərliyi ilə vətən mövzusunda bir sıra dərslər keçirilmişdir. "Çağırır vətən" mövzusunda baş tutan dərsdə şagirdlər vətənə olan sevgilərini vətənpərvərlik mövzusunda yazılmış şeirlər, musiqilər və səhnəciklərlə bildirdilər. Dərs şagirdlərin ifasında "Azərbaycan əsgəri" musiqisi ilə başladı. Şagirdlər gələcəkdə dərslərini yaxşı oxuyub vətənə layiqli övlad olacaqlarını və vətənin keşiyində durub vətəni qoruyacaqlarını söylədilər. Bundan başqa şagirdlər "Əsgərə məktub" layihəsi çərçivəsində dərs proqramına uyğun olaraq vətənin keşiyində duran əsgərlərimizə məktublar yazaraq əsgərlərə özləri haqqında məlumat, onları maraqlandıran suallar və əsgərlərə arzularını bildirdilər. Uşaqlar ürək sözləri ilə yanaşı həm də, vətən mövzusunda çəkdikləri rəsmləri poçt qutusuna atdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi