Ölkəmizi tanıyaq

        Ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan məktəblilərinin “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalarının növbəti mərhələsi təşki olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsi dövlət başçısı tərəfindən gənclərə göstərilən qayğının, onları inkişafı üçün yaradılan şəraitin bariz nümunəsidir. Bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi - mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, şagirdlərin dünyagörüşünün daha da zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bir - birindən gözəl guşələrinin daha da yaxşı tanınması, tarixi - mədəni abidələr və muzeylər ilə şagirdlərin tanış olması baxımından tur - aksiyalar çox böyük və marifləndirici əhəmiyyətə malikdir.

        2019 - cu ilin mart ayında "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində baş tutan marifləndirici tur - aksiyada məktəbi 9"Ç" sinif şagirdi İbrahimli Cavad təmsil etmişdir. Tur - aksiyada iştirak edəcək şagirdlərin yola salınması ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinin başçısı və nümayəndələrinin iştirakı ilə şagirdlərlə görüş keçirilib. Görüşdə iştirak edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı şagirdlərə turun məqsədi barədə geniş məlumat verib. Şagirdlər tur - aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi