Aprel döyüşlərinin III ildönümü
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən hərbi münaqişənin III ildönümü ilə əlaqədar olaraq məktəbdə bir sıra işlər görülmüşdür. Aprel şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir, “Dəyirmi masa”, divar qəzetlərindən ibarət sərgi və şeir müsabiqəsi keçirilmişdir.
Aprelin 4 – də məktəbin konfrans zalında tarix fənn müəllimi Hicran Məmmədovanın rəhbərliyi ilə Aprel döyüşlərinin III ildönümü ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbirdə məktəbin direktoru, tərbiyə işləri üzrə direktor müavini, UBR, tarix və ədəbiyyat fənn məllimləri və IX – X sınif şagirdləri iştirak etdilər. Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca Hicran Məmmədova Azərbaycan tarixində dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən mühüm qəhrəmanlıq səhifəsi olan dördgünlük müharibə haqqında məruzə etdi və bu döyüşlər zamanı ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş məktəbin 2015 – ci il məzunu Tahirli Natiq haqqında şagirdlərə məlumat verdi. Şagirdlər bu günün tarixi haqqında faktları və vətənpərvərlik mövzusunda ifa etdikləri şeirləriyoldaşları ilə bölüşdülər. Tədbirin sonunda məktəbin Azərbaycan dili və Ədəbiyyat fənn müəllimi Nailə Zeynalova Aprel döyüşləri haqqında bəzi maraqlı faktları şagirlərin diqqətinə çatdırdı.