Pedaqoji Şuranın iclası keçirildi

              Aprelin 2 – də məktəbin Akt zalında rəhbərliyin və pedaqoji heyətin iştirakı ilə növbəti Pedaqoji Şura keçirildi. Pedaqoji Şura iclasında il öncə  2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən   başlayaraq   Azərbaycan  və  Ermənistan  silahlı qüvvələri arasında baş vermiş  Azərbaycan tarixinin şanlı səhifəsi olan hərbi münaqişənin ildönümü ilə əlaqədar olaraq şəhidlərin əziz xatirəsi böyük ehtiram və qürur hissi ilə bir dəqiqəlik sükutla yad edildi.

          Sonra məktəbin direktoru və təlim – tərbiyə işləri üzrə direktor müavinləri cari məsələləri pedaqoji heyətin nəzərinə çatdırdı. İclasda aşağıdakı cari məsələlər müzakirə edildi.

          Pedaqoji Şurada icbari orta təhsilin yerinə yetirilməsi vəziyyəti, şagirdlərin dərslərə davamiyyəti, dərslərdən yayınan şagirdlərlə işin təşkili məsələləri müzakirə edildi. Bundan başqa Riyaziyyat, Azərbaycan dili və İngilis dili fənn birləşmələrinin hesabatı, Respublika Fənn Olimpiadalarının Respublika turuna, ümumi orta və tam orta təhsil səviyyəsindən yekun qiymətləndirməyə hazırlıq vəziyyəti və ibtidai siniflərdə aparılan monitorinqlərin nəticələri müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi