Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi

         “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”   Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının icrası  ilə əlaqədar olaraq məktəbdə bir sıra işlər görülmüşdür.  

     Bununla əlaqədar olaraq məktəbin müəllimləri konfrans zalında marifləndirici məruzələr ilə çıxış etdilər. Seminarda məktəbin tərbiyə işləri üzrə direktor müavini, UBR, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər. Məktəbin tarix müəllimləri Aynur Rəhimova, Hicran Məmmədova, məktəbin psixoloqu Ofelya Xidirova və Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Ofelya Mirzəmmədova fəaliyyət planına uyğun olaraq müxtəlif mövzularda çıxış edib dinləyiciləri marifləndirdilər. Aynur Rəhimova "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması" , Hicran Məmmədova "Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və görkəmli nümayəndələri", Ofelya Mirzəmmədova "Milli - mənəvi dəyərlərimiz", Ofelya Xidirova "Sağlam  Həyat  tərzini  şərtləndirən  xüsusiyyətlər", Şövqiyyə Əliyeva "Azərbaycan Xalq cümhuriyyətinin qurulması və müsəlman Şərqində ilk parlamentli Respublikanın Azərbaycanda yaradılması, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə həyata keçirilən işlər, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələri" mövzusunda valideyn, müəllim və şagirdlərə geniş məlumat verdilər. Bundan başqa məktəbin kitabxanasında oxucu zalında "Dəyirmi masa" təşkil olundu. Mütaliəni həyat tərzinə çevirək devizi ilə şagirdlərin bədii, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat nümunələrinin mütaliəsinə həvəsləndirilməsi, kitabxana xətti ilə bədii əsərlərin oxusu və müzakirəsi təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi