31 Mart - Azərbaycanlıların soyqırımı günü

    Son illərdə Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız çox böyük itkilər vermiş və ağır günlər yaşamışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti nəticəsində minlərlə tarixi mədəni abidə, yaşayış məskəni, şəhər və kəndlər dağıdılıb viran edilmiş, əhali amansızlıqla qətlə yetirilmişdir. 1918-1920-ci illərdə ermənilərin Azərbaycan xalqına qarşı yürütdüyü bu siyasət daha da genişlənmişdir.

    Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri də 31 Mart Azərbaycanlıların soyqırımı günüdür. Bu qanlı faciənin anım günü ilə əlaqədar olaraq məktəbin tədbirlər planında nəzərdə tutulan divar qəzetlərindən ibarət rəsm sərgisi, dəyirmi masa və inşa yazı müsabiqəsi keçirilmişdir. Sərgidə məktəbin V –VIII sinif şagirdlərinin rəsmləri nümayiş etdirildi. Bundan başqa 29 mart tarixində məktəbin konfrans zalında IX – X sinif şagirdlərinin iştirakı ilə “31 Mart Azərbaycanlıların soyqırımı günüdür” adlı inşa müsabiqəsi və Dəyirmi masa keçirilmişdir. Dəyirmi masa və inşa yazı müsabiqəsi ənənəvi olaraq Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Dəyirmi masada məktəbin direktoru, tərbiyə işləri üzrə direktor müavini, UBR, ədəbiyyat və tarix fənn müəllimləri iştirak etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi