Novruz bayramınız mübarək
Novruz yeni gün demekdir, baharın ilk günüdür. Novruzun yurdumuza gəlişi ilə təbiət oyanır, canlanır, evlərə, ailələrə sevinc, şadlıq gəlir. Novruz bayramı milli bayramımızdır. Novruz bayramına əvvəlcədən hazırlıqlar gedir, bayramın atributları olan şəkərbura, paxlava, şorqoğal və s. nemətlər bişirilir, bolluq və bərəkət rəmzi olan səməni göyərdilir, küsülülər barışır, ailə, qonşu, dost - tanış tonqal ətrafında yığışır. Novruz bayramına bir ay qalmış dörd çərşənbə axşamı qeyd olunur. Bəzi inanclara görə kainat dord ünsürdən - od, su, yel, torpaqdan ibarətdir. Buna görə də çərşənbələr həyatın varlığı üçün vacib olan bu ünsürlərin adı ilə adlandırılır. Hər bir çərşənbənin özünəməxsus adət və ənənələri var. Bu adət - ənənələr bu günə qədər də xalqımız tərəfindən qorunub saxlanmaqdadır.
Novruz bayramının gəlişi ilə əlaqədar olaraq məktəbdə bayram tədbirləri, açıq dərslər, təşkilat saatları, rəsm müsabiqələri və məktəbin həyətyanı sahəsində abadlıq işləri görülmüşdür. Məktəbin istedadlı şagirdlərindən təşkil olunmuş özfəaliyyət qurupunun iştirakı ilə martın 15 - də Akt zalında bayram şənliyi keçirildi. Bayram şənliyində məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbir şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca tədbirin aparıcısı Novruz bayramının tarixi və milli adət - ənənələrimiz barədə qonaqlara geniş məlumat verdi, qonaqları və onların yaxınlarını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi. Tədbirin davamında şagirdlərin ifasında bir - birindən gözəl səhnəciklər, şeirlər, musiqilər və rəqslər ifa edildi. Bayram tədbiri "yallı" rəqsinin sədaları altında tədbir iştirakçıların səhnəyə gəlməsi ilə başa çatdı. Sonda tərbiyə - işləri üzrə direktor müavini (təşkilatçı) tədbirin hazırlanmasında əziyyəti keçən hər kəsə öz təşəkkürünü bildirdi.