Növbəti monitorinq keçirildi

Məktəbin 9 - cu sinflərində təhsil alan şagirdlərin bilik səviyyəsini yoxlamaq məqsədilə məktəbdə mütəmadi olaraq buraxılış fənnləri (Azərbaycan dili, Riyaziyyat, İngilis dili) üzrə monitorinqlər keçirilir. 11-12 mart tarixlərində Riyaziyyat və Azərbaycan dili fənnlərindən buraxılış imtahanlarına hazırlıq məqsədilə növbəti monitorinq keçirildi. 30 sual üzrə 45 dəqiqə ərzində şagirdlərin bilikləri yoxlanıldı.