Bədən tərbiyəsi və İdman günü

    5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu tarix Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı hər ötən gün artır. 2012-ci ilin Azərbaycan Respiblikası Prezidenti tərəfidən “İdman ili” elan edilməsi ölkəmizdə idmana göstərilən qayğının bariz nümunəsidir.

    Elə bunun nəticəsidir ki, məktəblilərin, gənclərin idmanın müxtəlif sahələrinə həvəs və marağı getdikcə artır. Məktəbin şagirdləri idmanın müxtəlif sahələrində böyük nailiyyətlər əldə etmişlər. Şagirdlər cüdo, gimnastika, futbol, voleybol, həndbol və s. idman sahələrində beynəlxalq və respublika daxilində çoxlu medal, kubok, diplom, sertifikat və fəxri fərman əldə etmişlər.

    5 mart 2019 - cu il tarixdə “Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar olaraq məktəbin fiziki tərbiyə müəllimləri tərəfindən tədbir keçirmişdir. Tədbirdə məktəbin şagirdlərinin 2018-2019 - cu illərdə qazandıqları nailiyyətlər müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi