"Riyaziyyat təbiətdə"

    Riyaziyyat insanlıq tarixinin ən qədim elmlərindəndir. Bütün elmlərin açarı hesab edilir, onun köməyilə kainatı anlamaq olar. Riyaziyyat bir sıra dəqiq və təbiət elmləri ilə sıx bağlı olan bir fəndir. Arı pətəyinin dəqiq riyazi quruluşu, hörümçəyin toru, qarışqanın hərəkət trayektoriyasının əmələ gətirdiyi vektorlar, kainatdakı harmoniyanı təmin edən simmetriya və s. riyaziyyatın təbiətdə tətbiqinə bariz nümunələrdir.

    4 mart 2019 - cu il tarixdə Akt zalında məktəbin riyaziyyat fənn müəllimi Mətanət Səmədovanın təşkilatçılığı ilə "8 ç" sinif şagirdlərinin iştirakı ilə "Riyaziyyat təbiətdə" adlı marifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, təlim - tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva, müəllimlər və şagirdlər iştirak etdilər. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. Ardınca aparıcılar tədbirdə iştirak edən qonaqları salamladılar. Şagirdlər "Riyaziyyat" haqqında, riyaziyyatın təbiətdə rolu barədə qonaqlara ətraflı məlumat verdilər. Mövzu ilə əlaqədar hazırlanmış videçarxda arı pətəyinin riyazi quruluşu, hörümçək torunun modeli və kainatdakı digər bunun kimi nümunələr öz əksini tapmışdır. Sagirdlərin ifasında səslənən musiqilər, şeirlər tədbiri daha da maraqlı etdi. Tədbirin gedişində məktəbin şagirdi musiqi müşayəti ilə gimnastik hərəkətlər nümayiş etdirdi. Tədbirin sonunda məktəbin direktoru Rahim müəllim şagirdlərə və tədbirin hazırlanmasında əziyyəti keçən hər kəsə öz dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi