Valideyn komitələrinin iştirakı ilə dəyirmi masa keçirildi

   Uşaq və gənclərin əsas təhsilinin həyata keçirilməsində şagirdlərin elmlərin əsaslarına yiyələnərək, dərin və möhkəm bilik almalarında, onlarda vətənə məhəbbət hissinin aşılanmasında, yüksək milli əxlaqi keyfiyyətlərinin, mənəvi dəyərlərin formalaşmasında, tərbiyə edilməsində, məktəblilərin hüquq və azadlıqlarının müdafiə edilməsində, fiziki tərbiyəsində, sağlamlığının qorunmasında məktəbə və ailəyə kömək məqsədi ilə məktəbdə hər bir sinif üzrə valideyn komitəsi fəaliyyət göstərir.

   1 mart 2019 – cu il tarixdə konfrans zalında məktəbin bütün siniflər üzrə valideyn komitələrinin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin direktoru Rahim Novruzov və tərbiyə işləri üzrə direktor müavini Qızılgül Bağıyeva iştirak etdi. İclası giriş sözü ilə açan məktəbin direktoru valideynləri salamladı. Məktəbin direktoru iclasın gündəliyində duran cari məsələlər barədə valideynləri məlumatlandırdı. Şagird – müəllim –valideyn münasibətləri, məktəb həyatında valideynlərin rolu, şagirdlərin məktəbdaxili nizam – intizam qaydalarına riayət etmələri kimi məsələlər müzakirə edildi. Sonda rəhbərlik tərəfindən valideynləri maraqlandıran bütün məsələlərə aydınlıq gətirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi