Ümumdünya Mülki Müdafiə Günü

    Mülki müdafiə - dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiənin əsas məqsədi fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi; fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması və fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılmasından ibarətdir.

    1 mart 2019 - cu il tarixdə Ümumdünya Mülki Müdafiə günü münasibətilə məktəbdə marifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, təlim – tərbiyə işləri üzrə direktor müavinləri, təşkilatçı, təsərrüfat işləri üzrə direktor müavini, müəllimlər, məktəblinin dostları və şagirdlər iştirak etdilər. Marifləndirici tədbirin keçirilməsində əsas məqsəd əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaqdan ibarətdir.

   İlk öncə məktəbin hərbi rəhbəri Bəylər Kərimov Ümumdünya Mülki Müdafiə Günü haqqında geniş məlumat verdi və şagirdlərə fövqəladə hallar zamanı nə etməli olduqlarını bildirdi. O, tənəffüs orqanlarının fərdi mühafizə vasitələri olan əleyhqazlar, respiratorlar və onlardan istifadə qaydaları haqqında şagirdləri marifləndirdi. Daha sonra məktəbin həkimi fövqəladə hal baş verən zaman ilkin tibbi yardım kimi “Sınıqlar”, “Qanaxmalar”, “Yaralanmalar”, “Ürəyin qapalı masajının aparılması ardıcıllığı”, “Süni tənəffüsün verilməsi” barədə şagirdləri maarifləndirdi. Bundan başqa şagirdlərə bildirildi ki, vaxtında və lazımi qaydada ilk tibbi yardım göstərməklə yaxınlarının, köməyə ehtiyacı olan insanların həyatını xilas edə bilərlər.

     Sonda “Həyəcan!” siqnalı çalındı və məktəbin şagird kontingenti 4 dəqiqə ərzində təyin olunmuş məntəqələrə toplaşdılar. Şagirdlərə fövqəladə hallar baş verən zaman daha yaxın olan çıxışlardan çıxmaları tövsiyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi