"Xocalı soyqırımı uşaqların gözü ilə"

     Soyqırımı - ayrı-ayrı əhali qruplarının irqi, milli, yaxud dini mənsubiyyətinə görə məhv edilməsi, bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biridir.

   Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyriinsani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. (Heydər Əliyev)

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər 4 tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfərdən çox müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 83 azyaşlı uşaq, 70 qoca öldürüldü. 10 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 dinc sakin girov götürüldü, onların 150-nin taleyi hələ də məlum deyil. Bütün bunlar erməni hərbiçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir.

   Xocalı soyqırımının iyirmi yeddinci ildönümü münasibətilə məktəbin V - VI sinif şagirdləri arasında  "Xocalı soyqırımı uşaqların gözü ilə"  adlı rəsm müsabiqəsi keçirildi. Xocalı soyqırımını tanıtmaq, bu tarixi həqiqətləri dünyaya çatdırmaq hər birimizin vətəndaşlıq borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi