"Xocalı soyqırımı - tarixin ən dəhşətli səhifəsi"
İnsanlığa qarşı törədilmiş ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımından iyirmi yeddi il keçir. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir.
“Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na uyğun olaraq məktəbdə br sıra işlər görülmüşdür. 1992 - ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə ucaldımış “Ana harayı” abidəsinə məktəbin müəllim və şagird kollektivinin mütəmadi olaraq ziyarəti təşkil edilmişdir. Bundan başqa məktəbdə Xocalı faciəsinin qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə siniflərdə təşkilat saatları və ədəbi – bədii tədbirlər təşkil edilmişdir.
25 fevral 2019 – cu il tarixdə “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü” ilə əlaqədar olaraq məktəbin ibtidai sinif müəllimi Mehriban Ağayevanın təşkilatçılğı ilə məktəbin konfrans zalında “3 b” sinif şagirdlərinin iştirakı ilə "Xocalı soyqırımı - tarixin ən dəhşətli səhifəsi"dir adlı tədbir keçirildi. Tədbirin əsas məqsədi Xocalı soyqırımı haqqında şagirdləri məlumatlandırmaq, vətənpərvərlik ruhunu yüksəltmək idi.
Tədbirdə məktəbin direktoru Rahim Novruzov, tərbiyə işləri üzrə direktor müavini Qızılgül Bağıyeva , Uşaq Birliyi Rəhbəri Ətlas Rəhimova, ibtidai sinif müəllimləri və şagirdlər iştirak etdilər. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı və soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca şagirdlərin ifasında bu dəhşətli gecənin bütün ağrı – acısını özündə əks etdirən şeirlər səsləndi.
Azərbaycanın ərazi bütövlüyü və milli azadlıq yolunda apardığı mübarizədə şəhid olan vətəndaşlarımız daim yaddaşlarımızda qalacaq, onların əziz xatirəsi hər bir azərbaycanlı tərəfindən hər zaman dərin hörmət və hüznlə yad ediləcək. Dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olan bütün vətəndaşlarımıza Allah Rəhmət Etsin!!!