"Azərbaycan dili - milli varlığımızdır" mövzusunda şeir müsabiqəsi
"Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018 - ci il 1 noyabr tarixli Fərmanına uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2019 - cu il 1 fevral tarixli F- 75 nömrəli əmrini əsas tutaraq məktəbin VI - XI sinif şagirdləri arasında "Azərbaycan dili - milli varlığımızdır" mövzusunda şeir müsabiqəsinin birinci mərhələsi keçirilmişdir. Müsabiqədə şagirdlərin ifasında "Ana dili" mövzusunda yazılmış bir - birindən maraqlı şeirlər səsləndi. Müsabiqənin münsiflər heyətində məktəbin direktoru Rahim Novruzov, tərbiyə işləri üzrə direktor müavini QızılgüL Bağıyeva və ədəbiyyat müəllimləri iştirak etdilər. Sonda digərlərindən fərqlənən şagirdlər uyğun olaraq I, II və III yerləri bölüşdülər. Müsabiqənin növbəti rayon mərhələsində isə yalnız I yerin qalibi iştirak edəcək.