Beynəlxalq Ana Dili Günü

    Xalqın, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil - millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!

   Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

    Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.

  “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.” Azərbaycan dilinin inkişafı dövlət dili kimi onun inkişafına qayğı ümummilli liderimiz Heydər   Əliyevin adıyla bağlıdır. Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi qəbul edilmişdir..

    Beynəlxalq Ana Dili Günü münasibətilə "3 c" sinfində  məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Əliyevevanın təşkilatçılığı ilə "Ana dilimizi qoruyaq və sevək" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, təlim - tərbiyə işləri üzrə direktor müavinləri, təşkilatçı və ibtidai sinif müəllimləri iştirak etdilər. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başladı. Şagirdlər 21 fevral Beynəlxalq Ana Dili Gününün tarixi barədə qonaqlara geniş məlumat verdilər. Sonra şagirdlərin ifasında Ana dili mövzusunda bir - brindən gözəl şeir və musiqilər səsləndi. 

Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi