Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasında iştirak edən şagirdlərlə məktəb rəhbərliyinin görüşü keçirildi
Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə maraqlarını artırmaqdır.
20 fevral 2019 - cu il tarixdə Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasında iştirak edən şagirdlərlə məktəb rəhbərliyinin görüşü keçirildi. Rəhbərlik tərəfindən şagirdlərə sertifikatlar təqdim edildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasında iştirak edən məktəbin "6 b" sinif şagirdi Mehdiyev Yusif Musa oğlu yüksək məntiqi təfəkkür nümayiş etdirərək final mərhələsinə yüksəlmiş və finalda qızıl medala layiq görülmüşdür. Məktəbin digər şagirdləri isə bilik yarışında fəal iştirakına görə sertifikatla təltif edildilər.