"Valideynin məktəbdə bir günü"

      Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019 - cu il tarixli F-18 № - li əmri ilə təsdiq olunmuş "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fəaliyyət planını və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.01.2019 - cu il tarixli F- 65 № - li əmrini əsas tutaraq məktəb üzrə hazırlanmış tədbirlər planına əsasən məktəbin bütün siniflərindən valideynlərin iştirakı ilə  "Valideynin məktəbdə bir günü" adlı layihə həyata keçirildi. Layihənin keçirilməsində əsas məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığını təmin etməkdir.

   Məktəbin Akt zalında valideynlərin və məktəb rəhbərliyinin iştirakı ilə konfrans keçirildi. Məktəbin direktoru Rahim Novruzov valideynlərin qarşısında çıxış edərək məktəbin şagirdlərinin qazandıqları uğurlardan, şagirdlərin bilik yarışlarında, müsabiqələrdə, olimpiadalarda birinci yer tutan şagirdlərdən, ölkəmizdə təhsil sahəsində gedən genişmiqyaslı islahatlardan, hörmətli prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm qlobal tədbirlərdən, quruculuq işlərindən, beynəlxalq aləmdə ölkəmizin nüfuzundan söhbət açdı.  Valideynlərə məktəblə birgə fəaliyyətdə olmağı tövsiyə etdi. Konfrasdan sonra valideynlər məktəblə yaxından tanış oldular. Valideynlər ilk öncə direktorun iş otağı ilə tanış oldular. Ardınca məktəbin idman zalı, yeməkxana, kitabxana, Akt zalı, konfrans zalı, müəllimlər otağı, fizika, kimya, biologiya, informatika laboratoriyaları, həkim və psixoloq otaqları, tarix kabineti, ilinqafon kabineti, Sağlam təhsil sinifləri və məktəbin bütün sinif otaqlarında oldular. Valideynlər bu tanışlıqdan böyük zövq aldılar. 

  Valideynlərin məktəb ilə tanışlığından sonra  konfrans zalında dəyirmi masa keçirildi. Seminarda məktəbin tarix müəllimləri Aynur Rəhimova, Hicran Məmmədova, məktəbin psixoloqu Ofelya Xidirova və Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Ofelya Mirzəmmədova fəaliyyət planına uyğun olaraq müxtəlif mövzularda çıxış edib valideynləri marifləndirdilər. Aynur Rəhimova "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması" , Hicran Məmmədova "Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və görkəmli nümayəndələri", Ofelya Mirzəmmədova isə "Milli - mənəvi dəyərlərimiz" mövzusunda valideynlərə geniş məlumat verdilər. 

    Sonda valideynlər Akt zalında məktəbin istedadlı şagirdlərindən təşkil olunmuş özfəaliyyət qrupunun iştirakı ilə konsertə dəvət olundular. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Qızıgül Bağıyeva, UBR Ətlas Rəhimova və müəllimlər iştirak etdilər. Konsert proqramı Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şagirdlərin ifasında bir - birindən gözəl musiqi və rəqs nümunələri təqdim olundu. Məktəbin V sinif şagirdlərinin ifasında  Nizami Gəncəvinin "İsgəndərnamə" poemasından "İsgəndərin Nüşabə ilə görüşü" səhnəsi canlandırıldı. Bu səhnə valideynlər və məktəb rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılandı. Konsert proqramının sonunda tədbir iştirakçıları "Yallı" rəqsinin sədaları altında səhnəyə çıxdılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi