İdman sahəsində qazandıqlarımız
Ulu öndər Heydər Əliyev idmanın nsanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitəİ olması haqqında bir sıra dəyərli fikirləri var. İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.
İdman gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən idman sahələrinə xüsusi diqqət və qayğı göstərilir. Yaradılan şərait və göstərilən diqqət nəticəsində hazırda Azərbaycan Respublikasında idmanla məşğul olan yeniyetmə və gənclərin sayı gündən-günə artmaqdadır.
Məktəbin şagirdləri ölkəmizi idman sahəsində tanıtmaq istiqamətində bir çox işlər görmüşlər. Şagirdlər həm ölkə daxilində, həm də ölkə sərhədlərindən kənarda bir sıra nailiyyətlər əldə etmişlər.
Son günlərdə məktəbin “5a” sinif şagirdləri 2007-ci il təvəllüdlü İsmayılzadə Musa Ruslan oğlu və 2008-ci il təvəllüdlü Kərimov Vüsal Elxan oğlunun bir – birinin ardınca qazandığı medallar, sertifikatlar, fəxri fərmanlar və diplomlar bunun bariz nümunəsidir.
31 yanvar 2019 - cu il tarixdə "Neftçi" futbol komandasının heyətində oynayan “5a” sinif şagirdi Vüsal Kərimov V.Hacıyevin xatirəsinə həsr edilmiş turnirin ən yaxşı sərrast oyunçusu adına layiq görülmüş və "Turnirin bombardiri" Fəxri Fərmanı ilə təltif edilmişdir.
Məktəbin “5a” sinif şagirdi İsmayılzadə Musa da Cüdo güləşi üzrə 20-30 kq çəki dərəcəsində paytaxt, bölgələr və bir sıra dövlətlərdə keçirilən yarışlarda bir çox nailiyyətlər əldə etmiş, diplom, sertifikat və medallarla təltif edilmişdir. O, 2019 - cu ilin yanvar ayının 24-də Türkiyə Respublikasında keçirilən Cüdo güləşi üzrə yarışda III yerə layiq görülmüş, diplom və medalla təltif edilmişdir.