Növbəti Pedaqoji Şura keçirildi
16.01.2019 - cu il tarixdə məktəbin fəaliyyət planına uyğun olara növbəti Pedaqoji Şura keçirildi.
Pedaqoji Şurada yeni qaydalara əsasən böyük və kiçik summativ qiymətləndirmənin aparılma qaydaları müzakirə edildi. Məktəbin direktoru Rahim Novruzov təhsildə tətbiq olunan dəyişikliklər barədə pedaqoji heyəti məlumatlandırdı. Rəhbərlik aşağıda qeyd edilənləri pedaqoji heyətin nəzərinə çatdırdı.
Yeni qaydalara əsasən birinci siniflərdə, ümumiyyətlə, qiymətləndirmə aparılmır. II və III siniflərdə isə böyük summativ qiymətləndirmə ləğv edilib. IV, IX və XI sinflərdə təhsil alan şagirdlərin bütün fənlər üzrə biliyinin qiymətləndirilməsi məqsədi ilə böyük summativ qiymətləndirmə keçirilməsi məqsədəuyğun hesab edilib. Bu tədris ilindən etibarən V, VI, VII, VIII və X siniflərdə yalnız buraxılış imtahanlarına daxil edilən fənlərdən - Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil - böyük summativ qiymətləndirmələr keçiriləcək. Bu da şagirdlərin buraxılış imtahanlarına daha yaxşı hazırlaşmalarını təmin etməkdən ötrüdür.