Ümumxalq Hüzn Günü

   

1990 – cı il yanvarın 19 – dan 20 – nə keçən gecə Azərbaycan xalqının suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda gedən mübarizənin rəmzi olan 20 Yanvar faciəsindən 29 il ötür.

   Azərbaycan Respublikası təhsil nazirinin “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na müvafiq olaraq məktəbdə  Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi davam edir. 

   Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq məktəbin V – VI – VII sinifləri arasında bu faciənin dəhşətli anlarını və törədilən vəhşiliyi özündə əks etdirən “20 Yanvar faciəsi xalqımızın qəhrəmalıq salnaməsidir” mövzusunda şagirdlərin əl işlərindən ibarət sərgi keçirildi və divar qəzetləri hazırlandı. Bundan başqa V sinif şagirdlərinin iştirakı ilə məktəbin həyətində asfalt üzərində rəsmlər çəkildi.

   Yanvarın 15 - 16 - sı tarixlərində məktəbin konfrans zalında məktəbin IX – X sinifləri arasında “29 il Şəhidlik zirvəsində” adlı inşa yazı müsabiqəsi və V – VI – VII siniflər arasında şeir müsabiqəsi keçirildi. 

   Ümumxalq hüzn günü ilə əlaqədar keçirilən inşa yazı və şeir müsabiqəsi Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra 20 Yanvar Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müsabiqədə məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), təlim - tərbiyə işləri üzrə direktor müavini, ədəbiyyat və tarix fənn müəllimləri, Uşaq birliyi rəhbəri və kitabxana müdiri iştirak etdilər.

   Şəhidlərin əziz xatirəsini yad etmək məqsədi ilə məktəbin pedaqoji işçiləri və məktəblilərin mütəmadi olaraq Şəhidlər xiyabanına ziyarəti təşkil olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi