Təhsilin keyfiyyətinə davamlı nəzarət
Təhsildə keyfiyyətin müəyyən olunması şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi ilə şərtlənir. Monitorinq daxili idarəetmə prosesi olub təhsilin keyfiyyətinə davamlı nəzarəti həyata keçirməyə imkan verir, təhsil fəaliyyətinin güclü və zəif tərəflərini üzə çıxarır. Monitorinq sistemi dərs ili ərzində şagirdin təlim, müəllimin tədris fəaliyyətini fənn üzrə müəyyən olunmuş təlim nəticələrinin əldə olunmasına istiqamətləndirən və dərs ilinin sonunda hər iki tərəfin fəaliyyətini qiymətləndirməyə imkan verən texnologiyadır.
Məktəbin IX sinif şagirdlərini buraxılış imtahanlarına hazırlamaq məqsədi ilə Azərbaycan dili fənnindən monitorinq keçirilmişdir.