Respublika Fənn Olimpiadalarının final mərhələsinə yüksəlmiş iştirakçılar

    Respublika Fənn Olimpiadaları ümumtəhsil müəssisələrinin IX - XI sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə hər il keçirilir.
    Respublika fənn olimpiadaları 3 mərhələdən ibarətdir: Rayon (şəhər) mərhələsi, Respublika mərhələsinin yarımfinal turu, Respublika mərhələsinin final turu.
   2017 - 2018 - ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsinə yüksəlmiş iştirakçılar arasında məktəbin də şagirdlərinin olması qürurvericidir. Coğrafiya və riyaziyyat fənləri üzrə məktəbi final mərhələsində 4 şagird təmsil edib. Olimpiadanın final mərhələsində iştirak edən Nağılı Elvin Səxavət oğlu coğrafiya fənni üzrə III yerə layiq görülmüş və bürünc medalla təltif edilmişdir. Final mərhələyə yüksələn digər şagirdlər isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Sertifikatla təltif edilmişdir. 
   2017-2018-ci tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsinə yüksələn şagirdlərdən biri də, məktəbin humanitar - riyaziyyat - iqtisadiyyat təmayüllü "10 a" sinfində təhsil alan Əlizadə Sübhan Namət oğludur. O, Riyaziyyat fənni üzrə iştirak etdiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Sertifikatla təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi