"Şirvanşahlar irsi dünya muzeylərində" adlı sərgi

   "İçərişəhər" Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycanda ilk dəfə olaraq keçirilən "Şirvanşahlar irsi dünya muzeylərində" adlı sərgi izləyiciləri sırasında məktəbin tarix fənn müəllimi Rəhimova Aynur və V sinif şagirdləri də var idi. Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan tarixini öyrənmək və təbliğ etməkdir.

    Sərgidə Şirvanşahlar dövrünə aid unikal eksponatlar, Şirvanşah hökmdarlarına məxsus zirehli geyimlər və dəbilqələr və XII - XIII əsrə aid maraqlı maddi - mədəniyyət nümunələri nümayiş etdirildi.

    Sərgidə həmçinin Metropalitan, Ermitaj və digər dünya muzeylərinin kolleksiyalarına daxil edilmiş Şirvanşahlar dövrünə aid eksponatlar 3 D holoqramlarla təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi