Uşaqların icbari dispanserizasiyası

      Uşaqların icbari dispanserizasiyası – uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədi ilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan müşahidə sistemidir
      Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018 – ci il tarixli 393 № - li Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018 – 2022 – ci illər üçün Dövlət Proqramı” nın icrası ilə əlaqədar məktəbdə bir çox işlər görülmüşdür. Məktəbin tibb məntəqəsinə baxış keçirilmiş,  tibb məntəqəsi lazımi dərman preparatları və avadanlıqla təchiz edilmişdir. 
     Şagirdlər arasında dispanserizasiyanın mahiyyəti barədə və uşaqların dispanserizasiyaya cəlb edilməsi barədə məktəbin həkimi T.İskəndərova, tibb bacısı Q.Quliyeva, təşkilatçı Q.Bağıyeva və UBR Ə.Rəhimovanın iştirakı ilə II və III siniflərdə şagirdlərə bu barədə məlumat verildi. Məktəbin həkimi T.İskəndərova şagirdlərə tibbi müayinədən keçməyin vacib olduğunu, doğma vətənimizə gələcəkdə sağlam vətəndaşların və gənclərin lazım olduğunu bir daha şagirdlərin nəzərinə çatdırdı. Bu barədə məktəbin həkimi tərəfindən valideynlər də vaxtaşırı məlumatlandırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi