Heydər Əliyev - əvəzolunmaz siyasətçi

    Dahi şəxsiyyət, ümummilli lider, uzaqgörən siyasətçi, Dahi rəhbər Heydər Əlirza oğlu Əliyevin vəfatının 15 - ci ildönümü ilə əlaqədar məktəbin konfrans zalında Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Ofelya Mirzəmmədovanın rəhbərliyi ilə riyaziyyat - informatika təmayüllü olimpia sinfində ("7 d") anım günü tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru, təlim - tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini, UBR, fənn müəllimləri və V-VI- VII sinif şagirdləri iştirak etdilər. 
    Anım tədbiri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra şagirdlərin ifasında Azərbaycanın Dövlət Himni səsləndi. 
    Şagirdlər Heydər Əliyevin həyatı, uzaqgörən siyasəti, Azərbaycanın çiçəklənməsində göstərdiyi xidmətlər, digər ölkə rəhbərlərinin Dahi şəxsiyyət haqqında söylədikləri dəyərli fikirlər, Heydər Əliyevin vətən, elm, təhsil, ana haqqında söylədiyi kəlamlar haqqında geniş melumat verdilər. Tədbirdə Heydər Əliyevə həsr olunmuş şeir və mahnılar söylənildi. Tədbirin gedişində Heydər Əliyevin xalqımız üçün göstərdiyi xidmətlərin çox az bir hisəsinin əks olunduğu videoçarx nümayiş etdirildi. Tədbiri izləyən digər sinif şagirdləri Dahi şəxsiyyətin söylədiyi dəyərli fikirlərdən sitatlar gətirdilər.
    Sonda mektəbin təlim -tərbiyə işləri üzrə direktor müavini və təşkilatçı tədbiri hazırlayanlara öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi