Dahi rəhbər

     Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi Ulu öndər Heydər Əliyevin vəfatının 15 - ci ildönümü ilə əlaqədar məktəbdə bir sıra tədbirlər və sərgilər keçirilmişdir.

    Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə məktəbdə V - VII sinif şagirdləri arasında divar qəzetlərindən ibarət sərgi təqdim edildi. Divar qəzetlərində Heydər Əliyevin həyatı, dahi şəxsiyyətin geniş dünyagörüşü, uzaqgörən siyasəti haqqında dəyərli fikirlər və ulu öndərin təhsil və elm haqqında söylədiyi qiymətli kəlamlar öz əksini tapmışdır.

    Bununla yanaşı məktəbin "1a" və "2d" siniflərində ilk dərs ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönumünə həsr edilmişdir. İlk öncə şagirdlər ulu öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla bir dəqiqəlik sükutla yad etdilər. Şagirdlər Heydər Əliyev haqqında yazılan şeirlər, onun əvəzolunmaz dövlət xadimi, uzaqgörən siyasətçi, geniş dünyagörüşünə malik bir şəxsiyyət olması haqqında deyilən dəyərli fikirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi