"Qida təhlükəsizliyi vərdişləri" tədbir

    Məktəbdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə tədbir keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini, VI, VII, VII sinif şagirdləri və sinif rəhbərləri iştirak etdilər. 
    İlk olaraq şagirdlərə Agentliyin fəaliyyət istiqamətləri barədə geniş məlumat verildi və məktəblilərin məlumatlandırılması məqsədilə videoçarx təqdim olundu.
Görüş çərçivəsində "Məktəb bufetlərində qida təhlükəsizliyi", "İlkin qida təhlükəsizliyi vərdişləri", "Enerji içkilərinin ziyanları", "Suyun faydaları və ondan düzgün istifadə qaydaları", "Qida zəhərlənmələri" kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb.

    Sonda Agentliyin əməkdaşları tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb və şagirdlərə sağlam qidalanma ilə bağlı marifləndirici materiallar paylanılıb. Layihənin keçirilməsində əsas məqsəd şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi