“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb turu keçirildi

 

 Azərbaycan Respublikası Təhsil Nazirliyi şagirdlərin mütaliə vərdişlərini təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmrinə uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsi məqsədilə məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn müəlimi Nailə Zeynalovanın təşkilatçılığı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilmişdir. 

  Müsabiqədə məktəbin direktoru Rahim Novruzov, təşkilatçı, UBR, ədəbiyyat müəllimləri və VIII, IX, X və XI sinflərində təhsil alan mütaliəyə böyük marağı olan, ədəbiyyatı sevən şagirdlər iştirak etdilər. Bu müsabiqədə şagirdlərin ədəbiyyata sonsuz marağı, sevgisi nəzərə alınaraq ən çox mütaliə edən, dünya ədəbiyyatından xəbərdar olan şagirdlər məktəb turunun qalibi oldular. Növbəti turda “XI d” sinif şagirdi Abdullazadə Nəzrin Ramil qızı, “IX a” sinif şagirdi Həsənli Amalya Elçin qızı və “X c” sinif şagirdi Əliyeva Ləman Habil qızı iştirak edəcək. Növbəti turda iştirak edəcək şagirdlərə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi