"Ah, bu uzun sevda yolu”

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə ölkəmizdə bir sıra tədbirlər təşkil edilmişdir. Bunlardan biri də, Akademik Milli Dram Teatrında nümayiş olunan, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan "Ah, bu uzun sevda yolu” adlı iki hissəli tale dramıdır. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətovdur. 
    Nakam şairimiz, repressiya qurbanı Mikayıl Müşfiqin 110 illiyi ərəfəsində məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Pəri Allahverdiyevanın təşəbbüsü ilə "9ç" və "9b" sinif şagirdləri Akademik Milli Dram Teatrına ekskursiya etdilər. Şagirdlər iki hissəli "Ah, bu uzun sevda yolu” tale dramını izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi