1 dekabr QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü
QİÇS - qazanılmış immun çatışmazlığı sindromu deməkdir. 1 dekabr 1988-ci ildə təsis edilmiş bu gün artıq 30 ildir ki, qeyd edilir. Bu qlobal problem cəmiyyətin bütün təbəqələrini - milləti, ailəni, hər bir fərdi əhatə edir və bütün dünya üzrə sosial-iqtisadi inkişafı sarsıdır. Bu xəstəliyə yoluxmuş şəxs orta hesabla 5-10 il ərzində sağlam görünür və hətta bəzi hallarda orqanizmində bu virusun kök salmasından heç özünün də xəbəri olmur. QİÇS o zaman inkişaf etməyə başlayır ki, immun çatışmazlığıimmun sisteminin mühüm toxumalarının böyük bir hissəsinə yayılmaqla inkişaf edir. Bu zaman inkişaf sistemi o qədər zəifləyir ki, artıq orqanizmin müxtəlif yoluxucu və şiş xəstəliklərindən müdafiə imkanı tamamilə tükənir. QİÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirməkdir.
1 dekabr QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar məktəbin biologiya fənn müəllimi Elmira Quliyeva və rus dili fənn müəllimi Sevda Seyidovanın təşkilatçılığı ilə noyabrın 30-da "8 ç" sinfində "QİÇS-ə yox deyək!" adlı marifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, Təlimə Dəstək Mərkəzindən Tahirə xanım, təşkilatçı, biologiya müəllimləri və VIII sinif şagirdləri iştirak etdilər.
Tədbirin əsas məqsədi bu dəhşətli problemin bir daha diqqətə çatdırılması, QİÇS-ə yoluxma və bu virusdan qorunmanın yolları və müalicə barədə iştirakçıların məlumatlandırılmasi idi. Tədbirdə şagirdlər müxtəlif marifləndirici səhnəciklərlə bu qlobal problemin törətdiyi fəsadlar və QİÇS-lə mübarizə üsulları barədə ətraflı məlumat verdilər.