“Narkomaniyaya yox deyək!”
Cəmiyyəti narahat edən əsas problemlərdən biri faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir.
Narkomaniyanın insan sağlamlığına vurduğu zərərlər barədə məlumat vermək məqsədilə məktəbin konfrans zalında “Narkomaniyaya yox deyək!” devizi altında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsinin rəisi, Nizami Rayon Narkoomaniyaya qarşı mübarizə idarəsinin şöbə müdiri, 12№-li tam orta məktəbin direktoru Rahim Novruzov, tərbiyə işləri üzrə direktor müavini, Uşaq Birliyi Rəhbəri, müəllimlər və VIII - IX sinif şagirdləri iştirak etdilər.
Tədbirin sonunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarx nümayiş olundu.