"Açıq dərs"

   Məktəbin riyaziyyat - informatika təmayüllü olimpia sinfində (7 d) Ədəbiyyat fənnindən Ofelya Mirzəmmədovanın "Açıq dərs"i keçirildi. Açıq dərsdə məktəbin rəhbərliyi və müəllimlər iştirak etdilər. Səməd Vurğunun "Azərbaycan" şeiri mövzusunda keçirilən dərsdə 7 d sinfi 4 komanda ilə iştirak etdi. "Azərbaycan - Odlar yurdu", "Damcılı mağarası", "Göyəzən" və "Xarıbülbül" komandaları hər biri həm qrup işində, həm də fərdi sualların cavablandırılmasında fəallıq göstərdilər. Sonda şagirdlərin ifasında Səməd Vurğunun "Azərbaycan" şeiri səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi