Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü
Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü ilə əlaqədar olaraq məktəbin Akt zalında Azərbaycan dili və ədəbiyyat müəllimi Zeynalova Nailə və məktəbin V, VI, VII və VIII sinif şagirdlərinin iştirakı ilə bayram tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, tərbiyə işləri uzrə direktor müavini (təşkilatçı), UBR, müəllimlər və şagirdlər istirak etdilər.
Bayram tədbiri Azərbaycanın Dövlət Himninin sədaları altında Dövlət Bayrağının şagirdlər tərəfindən zala gətirilməsi ilə başladı. Tədbirin aparıcıları bayram münasibetilə bütün qonaqları təbrik etdilər və daha sonra şagirdlərin ifasında vətənə həsr olunmuş şeirlər, musiqilər və rəqslər ifa edildi.