Müstəqillik günü
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. Bu münasibətlə məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Əliyevanın təşkilatçılığı ilə 3c sinif şagirdlərinin təqdimatında bayram tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru, ibtidai siniflər üzrə təlim-tərbiyə işləri üzrə direktor müavini, ibtidai sinif müəllimləri və şagirdlər iştirak etdilər. Bayram tədbiri Azərbaycanın Dövlət Himni səsləndikdən sonra açıq elan edildi. Ulu öndər Heydər Əliyevin və onun siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin Azərbaycanın çiçəklənməsində göstərdikləri xidmətlərdən bəhs edildi. Şagirdlər vətənpərvərlik ruhunda yazılmış şeirlər və musiqilər ifa etdilər. Şagirdlərin ifa etdikləri musiqilər və rəqslər tədbiri daha da maraqlı etdi.